Bank Of Baku

Gürcüstanda Cənubi Qafqazın QHT nümayəndələrinin, politoloqların iştirakı ilə görüş keçirilib - FOTO

Gürcüstanda Cənubi Qafqazın QHT nümayəndələrinin, politoloqların iştirakı ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 19 iyul 2011 11:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneulinin Təkəli kəndində Cənubi Qafqaz ölkələrindən gələn QHT təşkilatlarının ”Cənubi Qafqazda insan hüquqları üzrə məhkəmə” adlı görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan, Azərbaycan və Ermənistandan gələn politoloqlar, ekspertlər və QHT nümayəndələri iştirak ediblər. Tədbirdə rəmzi məhkəmə prosesi keçirilib və erməni politoloqu Parur Hayrikyan “Fəaliyyətdə olan demokratiya sisteminə qarşı” mövzusunda məruzə ilə çıxış edərək seçki sistemindən söhbət açıb. O, demokratiyanın təkcə Cənubi Qafqaz ölkələrində yox, bütün dünyada böhran keçirdiyini qeyd edib. Erməni politoloqu özünün müəllif olduğu seçki modelinin bir çox ölkələrə, eyni zamanda Gürcüstan və Ermənistan rəhbərliyinə də təklif etdiyini, lakin qəbul edilmədiyini bildirib.
Tədbirdə cavab sözü ilə çıxış edən Azərbaycan politoloqu Zərdüşt Əlizadə erməni politoloqunun demokratik seçkilər barədə həyata keçirmək istədiyi modulun qeyri-real olduğunu deyib. Politoloq deyib ki, müasir şəraitdə münaqişələrin davam etdiyi Cənubi Qafqaz regionunda bu modelin həyata keçirilməsi mümkün deyil.
Tədbirdə fikir mübadiləsi də aparılıb. Qeyd edək ki, tədbir Qafqaz Sülhməramlı Təşəbbüs Mərkəzinin (Ermənistan), Qadınların Vətəndaş Cəmiyyəti Uğrunda Alyansının (Azərbaycan), “Təkəli” Assosiasiyasının (Gürcüstan) təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR