Bank Of Baku

BMT Azərbaycanı da əhatə edəcək “Açıq informasiya təşəbbüsü”nə start verib

BMT Azərbaycanı da əhatə edəcək “Açıq informasiya təşəbbüsü”nə start verib
# 19 iyul 2011 11:59 (UTC +04:00)
APA-nın BMT-nin internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın da iştirakçısı olduğu bu təşəbbüs qlobal ticarətin şəffaflıq dərəcəsini artırmaq məramı daşıyır.

Cenevrədə baş tutan BMT iclasında bildirilib ki, yeni təşəbbüs dövlətlərarası ticarətdə statistik məlumatların qıtlığını aradan qaldırmaq məqsədi güdür. Təşəbbüs nəticəsində ixracatçı və qanunvericilər müvafiq standart və tələblərə daha rahat uyğunlaşacaqlar.

Tədbirdə çıxış edən Ümumdünya Ticarət Təşkilatının baş direktoru Paskal Lami bildirib ki, yeni təşəbbüs qlobal ticarətə əlavə töhfə verəcək: “Təşəbbüs çərçivəsindəki layihə və proqramlar Azərbaycandan tutmuş Mozambikə qədər fərqli coğrafi mövqeyə və tarixə malik bir çox ölkələri əhatə edir. Nəticədə dövlətlərarası idxal-ixrac əməliyyatları və iş yerləri artacaq, həmçinin gömrük keçidi daha çevik olacaq və bu, dolayısı ilə yoxsulluğa təsir edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR