Bank Of Baku

Azərbaycanda səfərdə olan Rusiyanın bir qrup dövlət qulluqçuları, ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində olublar – FOTO

Azərbaycanda səfərdə olan Rusiyanın bir qrup dövlət qulluqçuları, ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində olublar – <font color=red>FOTO</font>
# 19 iyul 2011 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın bir qrup dövlət qulluqçuları Gənclərin İctimai Palatasının üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bu gün Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqların Azərbaycana səfəri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə baş tutub.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayevlə görüşən qonaqlar qəbula görə təşəkkürlərini bildiriblər. Professor K.Abdullayev BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib, BSU-nun Azərbaycan elmi və mədəni mühitində xüsusi çəkiyə malik olduğunu vurğulayıb.

Qonaqlar səmimi münasibətə və BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsini qoruyub saxladığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə Professor Kamal Abdullayevə təşəkkür ediblər. Sonra qonaqlar universitetlə tanışlıq çərçivəsində BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusiyanın tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş Linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR