Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərə çatıb
# 19 iyul 2011 12:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-may aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 362,1 min nəfər, orta siyahı sayı isə 1 348,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 852,7 min nəfər, qeyri-dövlət bölməsində isə 495,4 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda 1 311,6 min nəfər, qeyri-kənd təsərrüfatı sahəsində isə 1 309,6 min nəfər çalışıb.

Cari ilin iyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,1 min nəfər olub, onların 43%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 4 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 178,8 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR