Bank Of Baku

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elan edilib

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elan edilib
# 19 iyul 2011 13:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Baş Qərargahı arasında imzalanmış 2011-2012-ci təlim-tədris ili üzrə kurs planına əsasən, 2011-2012-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə 2011-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə təqdim olunacaq.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Təhsil müddətində pulsuz yemək, geyim forması, yataqxana, eləcə də təqaüdlə təmin olunurlar.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dən 25-dək TQDK-ya müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR