Bank Of Baku

Yaponiya səfiri “İrəli” İctimai Birliyinin Gənclik Mərkəzində olub

Yaponiya səfiri “İrəli” İctimai Birliyinin Gənclik Mərkəzində olub
# 19 iyul 2011 15:13 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Yaponiya mədəniyyəti günləri çərçivəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe “İrəli” İctimai Birliyinin Gənclik Mərkəzində olub. APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı dəvəti qəbul edərək gəldiyi üçün səfirə təşəkkürünü bildirib və təmsil etdiyi qurum barədə diplomata məlumat verib. O, Azərbaycan gənclərinin yapon mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına olan marağı haqda da danışıb.

Səfir görüşün onda xoş təəssüratlar yaratdığını qeyd edərək bildirib ki, onunla yanaşı həyat yoldaşı da yapon mədəniyyətinin Azərbaycan gənclərinə öyrənilməsində maraqlıdır: “Bu işdə öz köməkliyimizi əsirgəməyəcəyik”. Görüş çərçivəsində Ş. Vatanbe mərkəzdə yapon dilində birlik tərəfindən hazırlanan filmə tamaşa edib və “İrəli” Radionun efirində gedən “Nipponiya” verilişinin qonağı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR