Bank Of Baku

Tanınmış macar türkoloq-alim şəxsi kitabxanasının türkologiyaya aid bölümünü AMEA kitabxanasına hədiyyə edib - FOTO

Tanınmış macar türkoloq-alim şəxsi kitabxanasının türkologiyaya aid bölümünü AMEA kitabxanasına hədiyyə edib - <font color=red>FOTO</font>
# 19 iyul 2011 16:36 (UTC +04:00)
Bakı-APA. Dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, professor Georq Xazai şəxsi kitabxanasının türkologiyaya aid bölümünü – təxminən 1000 ədəd kitab və jurnalı, habelə bir sıra şəxsi arxiv materiallarını Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına bağışlamaq qərarına gəlib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə iyulun 19-da səfirlikdə kitabların təqdim olunması mərasimi keçirilib. Nəcib hərəkətinə görə macar aliminə təşəkkürlərini bildirən səfir Vilayət Quliyev bu addımın iki ölkənin türkoloq-alimləri arasındakı əlaqələrin inkişafına mühüm töhfə olduğunu bildirib və Azərbaycanın elmi ictimaiyyəti adından akademik Georq Xazaiyə minnətdarlığını çatdırıb.
Akademik Georq Xazai Budapestdəki Azərbaycan səfirliyi ilə sıx əlaqələrin nəticəsi və Azərbaycanı dünyanın mühüm türkoloji mərkəzlərdən biri hesab etməsinin təsiri ilə şəxsi kitabxanasının bir qismini AMEA-nın Əsaslı kitabxanasına bağışlamaq qərarına gəldiyini bildirib. O, kitabların öz həqiqi oxucularına çatacağına, azərbaycanlı alimlərə yeni tədqiqatlar üçün imkan və stumul yaradacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, akademik Georq Xazai 1932-ci ildə Budapeştdə doğulub. 1950-1954-cü illərdə Macarıstan paytaxtındakı ELTE universitetinin türkologiya bölümündə təhsil alıb. Elmi karyerasının başlanğıcında, 1956-1957-ci illərdə türk dilləri üzrə mütəxəssis kimi Sofiya Universitetində çalışıb. 1962-1983-cü illərdə Berlindəki Humboldt universitetinin professoru, eyni zamanda Almaniya EA-nın Turan araşdırmaları qrupunun rəhbəri oluB. 1992-1999-cu illərdə Kiprdəki Ağdəniz Universitetinin Türkologiya bölümünə rəhbərlik edib. 2000-ci ildə Budapeştdə Andraşi Universitetini qurmuş və ilk rektoru olub.
Müasir dövrdə Macarıstan türkologiya məktəbinin əksər uğurları onun adı və fəaliyyəti ilə sıx bağlıdır. Macar aliminin Azərbaycanla əlaqələri 1950-ci illərdən başlanıb. Onun bir sıra məqalələri 1975-ci ildən etibarən Bakıda çıxan “Sovetskaya turkologiya” jurnalında dərc edilib. Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub.
Akademik Georq Xazainin AMEA kitabxanasına hədiyyə etdiyi kitablar 1960-1990-cı illər arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə türk, ingilis, fransız, alman dillərində çap olunan elmi əsərlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR