Bank Of Baku

Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olub

Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olub
# 19 iyul 2011 19:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 19-da Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olub.
7,5 hektarlıq bu ərazidə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında” Fərman mərhum prezident Heydər Əliyev tərəfindən 2000-ci ilin aprelində imzalanıb. Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və abadlaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür. Dövlət başçısının “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılmışdı.
Prezident İlham Əliyev ərazidəki mövcud vəziyyətlə yaxından tanış oldu. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, burada əsaslı yenidənqurma və abadlaşdırma işləri aparılacaq, paytaxt sakinlərinin istirahəti üçün lazım olan şərait yaradılacaq.
Prezident İlham Əliyev parkda yenidənqurma işlərinin yüksək səviyyədə aparılması və burada Dədə Qorqudun abidəsinin ucaldılması barədə imzalanmış Fərmanın icrası ilə bağlı müvafiq göstərişlərini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR