Bank Of Baku

Azərbaycanlı alim Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri təyin edilib

Azərbaycanlı alim Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri təyin edilib
# 20 iyul 2011 07:03 (UTC +04:00)
APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin əvvəlində MDBMİ-nin Beynəlxalq Energetika Siyasəti və Diplomatiya İnstitutu əsasında yeni kafedra – təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemlər kafedrası yaradılıb. Beynəlxalq ekoloqlar hazırlanacaq bu kafedranın rəhbəri vəzifəsinə 1996-cı ildə bu ali məktəbi bitirmiş Ruslan Əliyev dəvət edilib.

Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində işləyib, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb. 2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin olunub.

R. Əliyev peşəkar fəaliyyətlə yanaşı, MDBMİ-nin həyatında həmişə fəal iştirak edib. O, MDBMİ-nin məzunlarının maliyyə komitəsinin və inkişaf fondunun investisiya komitəsinin tərkibinə daxil olub, ali məktəbin müxtəlif layihələrinin və tədbirlərinin həyata keçirilməsinə kömək göstərib. Yeni kafedraya rəhbər təyin edilməsi məsələsi müzakirə edilərkən ali məktəbin elmi şurası MDBMİ-nin rektoru Anatoli Torkunovun zəmanəti ilə onun namizədliyini yekdilliklə bəyənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR