Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, bəzi yerlərdə hərarət 40 dərəcəyə çatacaq

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, bəzi yerlərdə hərarət 40 dərəcəyə çatacaq
# 20 iyul 2011 09:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 35-39 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

İyulun 22-də isə hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-26, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 21-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

A. Verdiyev onu da qeyd edib ki, dünən gündüz saatlarında Bakı və Abşeron yarımadasında 33-36 dərəcə isti qeydə alınıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə o qədər də yüksək sayılmır: “110 illik müşahidə məlumatlarına əsasən Bakı və Abşeron yarımadasında havanın dünənki temperaturu yay üçün isti olsa da, anomal hesab olunmur”.

Baş hidroloqun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyulun 7-də də havanın temperaturu 36 dərəcə olub. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında isti hava şəraiti yaxın üç gündə davam edəcək. İyulun 23-də isə hərarət bir qədər düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR