Azərbaycan ərazisində başlayan torpaq qırılması sürətlənir - ARAŞDIRMA - FOTOSESSİYA
Problemin görünən tərəfi
Problemlə bağlı ilk məlumat bu il aprelin 1-də yayılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun keçirdiyi tədbirlərdən birində institutun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, mart ayının əvvəlindən başlayan proseslə bağlı ilk olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Alimin deyib ki, həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm aşağı düşüb. Bəzi yerlərdə kiçik palçıq vulkanları peyda olub. Ən əhəmiyyətlisi isə odur ki, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb: “Bütün nəzəri tədqiqatlar göstərir ki, bu yarılma Abşerona tərəf hərəkət edə bilər. Əsas qorxu da bundadır”. F. Qədirov baş verən yarılmanın səbəbini də açıqlayıb: “Yer daxilindəki Ərəbistan plitəsinin təsiri ilə yer qabığının 15 km qalınlığında horizontal proses gedir. Salyandan başlayaraq bu horizontal proseslərin istiqamətləri dəyişir. Salyan, Xıdırlı, Bakı nöqtələrində şərqə, digərlərində isə şimala və qərbə tərəf hərəkət dominantdır. Elə bil ki, Salyandan Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi istiqamətində, digər tərəf isə saat əqrəbi istiqamətində dönməyə çalışır. Burada çox böyük sürət fərqi var. Bu sürət fərqi Xıdırlı, Şıxlar, Bakı və Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər dəyişir. Bu, çox təhlükəlidir. Elə bil ki, bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən saxlayırsan. Bu zaman qırılma baş verir. Bu, plitəiçi qırılmadır. Ola bilsin ki, qədimdən qalandır, indi aktivləşib. Bu, bir az qorxu yaradır. Çünki Abşeronda da qədimdən qalma zəlzələ ocaqları və qırılmalar var. Onlar da aktivləşə bilər. Məsələn, 1842-ci ildə Zabratda baş verən zəlzələ zamanı həmin ərazidən bir qırılma keçib. O da aktivləşə bilər. Bu prosesi dəqiq bilmək lazımdır. Bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edilib. Həmin ərazidə yaşayış evlərinin içərisində də çatlar yaranıb”.
Xatırladaq ki, sözügedən ərazidə zəlzələlərin baş vermə intensivliyi artıb. Bu ilin martın 4-5-də Hacıqabulda 3.50 və 3.00 maqnitudalı iki zəlzələ baş verib. Martın 13-də Qobustan ərazisində Şıxzəyirli və Ərəbşahverdi palçıq vulkanları püskürüb. Ondan cəmi bir gün sonra, yəni martın 14-də Şirvan ərazisində bir gündə 4 zəlzələ baş verib. İyulun 12-də də Şirvan ərazisində bir gündə 4 zəlzələ qeydə alınıb.
Baş verən geoloji proseslər bölgədə ciddi təşviş doğurub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev APA-ya açıqlamasında deyib ki, bu ilin mart ayında Salyan rayonunun Abad və Xələc kəndləri ərazisində bir sıra yaşayış evlərinin zədələnməsi ilə müşahidə olunan geoloji proseslər bölgədə ciddi təşviş doğurub. Problemin öyrənilməsi və müvafiq təhlillərin aparılması üçün ETSN və FHN tərəfindən mütəxəssislər qrupu yaradılıb. Qrup Salyan rayonunun Abad və Xələc kəndlərində müşahidə olunan tektonik aktivləşmə, Şıxzəyirli və Ərəbşahverdi palçıq vulkanlarının püskürməsi ilə əlaqədar ərazinin ilkin vizual müayinəsini həyata keçirib, seysmogeodinamik monitorinq, seysmostatistik, fond və arxiv məlumatlarına istinadən regionda gedən geoloji-tektonik və seysmotektonik proseslərin mövcud vəziyyətini qiymətləndirib: “İlkin müşahidələr göstərib ki, Qızılağac-Şamaxı dərinlik qırılmasının orta kəsimlərinə təsadüf edən Abad-Xələc çat sistemi eyni adlı dərinlik qırılması ilə eyni istiqamətli olub zəif sağ sürüşmə xarakterlidir. Salyan rayonunun ərazisindəki DAM postunun qərbindən izlənilən yeni çat şəbəkəsi Salyan-Şirvan magistral yolunun 6-cı km-də magistral yolu kəsərək şimal-şərq istiqamətdə izlənilir. Milli Geoloji Kəşfiyyat Xidmətin əməkdaşları tərəfindən burada qazılmış müxtəlif dərinlikli dağ qazmalarının təhlili göstərib ki, dərinlik istiqamətində çat sisteminin eni xeyli artır. Belə ki, 5 metr dərinlikli şurfda süxurların dağılmaya məruz qalmış hissəsinin eni 4 metr təşkil edib. Bu isə ərazidə əvvəllər təsbit edilmiş Qızılağac-Şamaxı dərinlik qırılması zonası ilə əlaqədardır. Baş vermiş geoloji dəyişmələr regional xarakterli olmayıb lokal əraziləri əhatə edir”.
Azərbaycan aktiv geodinamik mərhələnin başlanğıcında...
Ə. Əliyev deyib ki, bölgədə yaranmış yeni çat sistemlərinin çoxsaylı yerli zəlzələlərlə də müşayiət olunması geoloji proseslərin aktivliyinin yeni və daha aktiv fazaya daxil olmasına işarədir: “Həmin ərazilərin bilavasitə yaxınlığında yerləşən bəzi zəlzələ ocaqları və palçıq vulkanlarının oyanmasının mümkünlüyü mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil edilib. Abad və Xələc kəndləri ərazisində 2011-ci ildə baş vermiş geoloji-tektonik proseslər ümumən Qafqazda, eləcə də Şamaxı-İsmayıllı seysmoaktiv zonasında geodinamik aktivliyin yeni mərhələyə daxil olması ilə əlaqələndirilə bilər. Bu ilin fevral ayından başlayaraq ölkə ərazisinin şərq hissəsində (Böyük Qafqazın cənub-şərq kəsimi, Şirvan düzənliyi və Azərbaycanın Xəzər sektoru) baş vermiş 3-4 maqnitudalı çoxsaylı zəif seysmik proseslər yeni geodinamik mərhələnin başlanmasına dəlalət edir. Yeni aktiv və kontrast geodinamik şəraitin formalaşması bölgədə xarakterik seysmik proseslərin baş verməsi üçün anomal hal kimi qəbul edilə bilər. Digər tərəfdən, 2010-cu ildən başlayan yeni günəş aktivliyi tsikli və endogen rejimin kontrast və sıçrayışlı dəyişmələri də Yer qabığında anomal geoloji-tektonik proseslərin intensivliyinin artmasına xidmət edir. 2010-cu ilin yanvar ayından başlayaraq böyük insan tələfatı və maddi itkilərlə nəticələnən Haiti, Çili, Yeni Zelandiya, İndoneziya, Tailand, Çin, Yaponiya və Filippin zəlzələləri bir daha təsdiq edib ki, bütün planetdə geodinamik proseslərin intensivliyi yüksələn xətt üzrə davam etməkdədir”.
Çatlar tikili və qurğular üçün ciddi fəsadlar törədə bilər
Ə. Əliyev bildirib ki, Abad və Xələc kəndlərinin yerləşdiyi ərazi tektonik cəhətdən Aşağı Kür depressiyasına aid edilir. Burada aparılmış son geoloji-geofiziki tədqiqat nəticələri göstərib ki, İsmayıllı-Qızılağac və Şamaxı-Qızılağac dərinlik qırılmaları ilə yarılmış Aşağı Kür çökəkliyi böyük qalınlıqlı (18-21 km) çökmə qata malikdir. Hər iki dərinlik qırılması üzrə şərqə doğru enmə müşahidə olunur. Tektonik pozulmaların cənub kəsimləri (Padar-Səngəçal) geodinamik cəhətdən nisbətən “sakit”dir. Yalnız onların şimal kəsimləri (xüsusilə, Əyriçay-Ələt dərinlik qırılması ilə kəsişmə düyünləri) seysmik aktiv zonalarıdır. Seysmostatistik təhlillər göstərib ki, Aşağı Kür kəsimlərində qeyd olunan tektonik qırılmalar artıq başa çatmış sayılmalıdır və onların bu hissələrində güclü və katastrofik zəlzələlərin baş verməsi ehtimalı yoxdur. Yalnız əsas qırılma xəttinin müəyyən kəsimlərində lokal çat əmələgəlmə prosesləri baş verə bilər. Xələc və Abad kəndləri ərazisində müşahidə olunmuş çat sistemləri submeridional istiqamətli regional tektonik pozulma zonası boyu yaranan çatlardır. Həmin çatlar tikili və qurğular üçün ciddi fəsadlar törədə bilərlər. Lakin geoloji-tektonik parametrləri və xarakterlərinə görə böyük miqyaslı təbii fəlakətlər doğura bilməz.
Seysmoloq yaranmış qırılmanın zəlzələlərə səbəb olacağını inkar edir
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamika şöbəsinin rəhbəri Tahir Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, Salyandan Hacıqabula qədər olan ərazidə baş verən proseslərin zəlzələlərlə o qədər də bağlılığı yoxdur: “Yaranan çatı zəlzələ ilə bağlamaq doğru deyil. Bunu sübut eləmək lazımdır. Çatı zəlzələ əmələ gətirir. Çat zəlzələni əmələ gətirmir. İkincisi, orada baş verən zəlzələlər yer qatında çat əmələ gətirmə səviyyəsində olan zəlzələlər deyil. Zəlzələlər bir neçə kilometr dərinlikdə baş verir. Ən zəif zəlzələlərin dərinliyi 3-4 km olur. Zəlzələlərin yer səthində çat əmələ gətirə bilməsi üçün onun gücü bir qədər yüksək olmalıdır”.
Sosial
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı olub - YENİLƏNİB
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edilib
Seyfəddin Hüseynli: Bir çox xalqlar Rusiyada ayrı-seçkiliyə məruz qalır, fundamental hüquqları pozulur
APA TV-də XƏBƏRAPARAN - CANLI
Xəbər Lenti
Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir
ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
Şuşada çərkəz musiqiləri ifa edilib
Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti açıqlanıb
Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb
Koçaryanın bloku parlamentdə təmsil olunmaq qərarı verib
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı olub - YENİLƏNİB
Moskva vilayətində dron təhlükəsi elan olunub
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzadıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Kiyevdə matəm elan edilib
Prezident İlham Əliyev Malavi liderini təbrik edib
Rusiya ordusu Kiyevdə PUA istehsal edən müəssisəyə zərbə endirib
Hindistanda bina çöküb, azı 6 nəfər ölüb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edilib
Seyfəddin Hüseynli: Bir çox xalqlar Rusiyada ayrı-seçkiliyə məruz qalır, fundamental hüquqları pozulur
Ciovanni Kristofoli: Gələcəyin enerji problemlərinin həllində dialoq əsas rol oynayır
Azərbaycanın döyüş təyyarələrinin təlim-məşq uçuşları keçirilib - VİDEO
İsrailin müdafiə naziri yenidən İranı təhdid edib
Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib
Krım işıqsız qalıb
Muxtar Babayev: Hazırda enerji böhranını müzakirə etmək üçün münasib zamandır
Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Şəmkirdə yol qəzasında bir nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Ukrayna dronları Rusiyanın ən iri neft emalı zavodlarından birinə zərbə endirib
Şərurda yol qəzasında bir ailənin üç üzvü ölüb - FOTO - YENİLƏNİB
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
İsmayıllıda maşın betona çırpılıb, iki nəfər xəsarət alıb
Mürsəl İbrahimov Goranboyda vətəndaşları qəbul edəcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Rusiyanın Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb - YENİLƏNİB
“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirilib
DİM: II və III qrupları üzrə qəbul imtahanının nəticələri 2 həftə sonra elan ediləcək
“SİMA İmza” “UForex” platformasında: Hesabını onlayn aç!
FHN: Ötən həftə 583 yanğına çıxış, 2 partlayış üzrə qəza-xilasetmə əməliyyatı olub - VİDEO
Dünya bazarlarında neftin qiyməti 72 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır
Zaqatalada ağır qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 63 min dolları ötüb
Fitso: Avropanın gələcəyi Şərq və Qərbin birliyindən asılıdır
Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib
DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəlib
Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilir
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
“Hababam sınıfı”nın aktyoru vəfat edib