Bank Of Baku

Nizami Sadıqov: “Son ilyarım ərzində 20 minə yaxın ağdamlı yaşamaq üçün öz rayonuna qayıdıb”

Nizami Sadıqov: “Son ilyarım ərzində 20 minə yaxın ağdamlı yaşamaq üçün öz rayonuna qayıdıb”
# 23 iyul 2011 09:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Son ilyarım ərzində 20 minə yaxın ağdamlı yaşamaq üçün öz rayonuna qayıdıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov verib. O deyib ki, işğal zamanı rayondan çıxmaq məcburiyyətində qalan ağdamlıların geri qayıtması üçün tədbirlər görülür: “Rayonun sosial problemləri həll olunduqca bu proses sürətlənir. Son illərdə Ağdamda 17 yeni qəsəbə tikilib. Təkcə ötən il 689 evlik qəsəbə tikilərək istifadəyə verilib. Növbəti illərdə də bu tip qəsəbələrin tikilməsi nəzərdə tutulur”.

N. Sadıqov bildirib ki, hazırda Ağdam rayonunda sosial-iqtisadi sahədə mühüm tədbirlər həyata keçirilir: “İnfrastruktur müasir tələblərə uyğun yenilənir. Rayon İcra Hakimiyyətinin başçısı kimi qarşımda qoyulan məsələ Ağdamın qəsəbələrinin qazlaşdırılması, yeni müasir böyük xəstəxananın inşa edilməsi olub. Biz bu istiqamətdə mühüm işlər görmüşük. Artıq kənd yollarının təmir-bərpası üçün tədbirlər planı da hazırlanıb. Bunun üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılıb”.

N. Sadıqov işlərin yüksək sürətlə davam edəcəyini söyləyib: “Ağdam əhalisinin döyüşdüyü kimi, yaxşı yaşamağa da haqqı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR