Bank Of Baku

Dövlət Komitəsinin sədri: “Məişət zorakılığına məruz qalan qadınların adlarının mətbuatda açıqlanması düzgün deyil”

Dövlət Komitəsinin sədri: “Məişət zorakılığına məruz qalan qadınların adlarının mətbuatda açıqlanması düzgün deyil”
# 25 iyul 2011 08:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib. H. Hüseynova deyib ki, məişət zorakılığına məruz qalan qadınların hüquqlarını müdafiə etmək lazımdır: “Amma onların adlarının mətbuatda açıqlandığı hallar olur. Bu düzgün deyil”.

Komitə sədri Azərbaycanda qəbul edilən “Məişət zorakılığı haqqında” qanunun kompleks şəkildə həyata keçirilməsinin vacib olduğunu deyib: “Məqsədimiz odur ki, bu qanun işləsin. Təbirlərdə, dəyirmi masalarda müzakirələr aparırıq ki, yerlərdə insanlar bu qanundan necə faydalanacaqlarını, xüsusilə də məişət zorakılığına məruz qalanlara dövlət tərəfindən hansı formada yardım olunmasını, dövlətin belə hallarda necə kömək edə biləcəyini bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR