Bank Of Baku

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərdən 6900 nəfər ixtisas seçimi edib

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərdən 6900 nəfər ixtisas seçimi edib
# 25 iyul 2011 12:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün saat 15.00-a olan məlumata görə, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan 6900 abituriyent öz ixtisas seçimini edib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, ixtisas seçənlərin 5953-ü Azərbaycan, 947 nəfəri isə rus bölməsinin abituriyentləridir. İxtisas seçən abituriyentlər arasında III ixtisas qrupunun abituriyentləri daha çoxdur.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 32281 abituriyent müsabiqəyə buraxılıb. Onlardan 8981-i III, 9513-ü I, 4144-ü IV, 9643-ü isə II ixtisas qrup üzrə imtahanlarda iştirak edərək müsabiqədə iştirak hüququ qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR