Bank Of Baku

Son beş gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 17 nəfər müraciət edib

Son beş gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 17 nəfər müraciət edib
# 25 iyul 2011 12:57 (UTC +04:00)
Bununla da yay mövsümü başlayandan bu günədək həmin diaqnoz ilə stansiyaya müraciət edənlərin sayı 61 nəfərə çatıb. Bu haqda APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, havaların isti keçdiyi son beş gün ərzində günvurma ilə bağlı stansiyaya müraciət edən 17 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıb. M. Həmidov deyib ki, günvurma ilə stansiyaya müraciət edənlərin çoxu gənclərdir: “Yaxşı olardı ki, əhali hərarətin yüksək olduğu saatlarda, saat 11-dən 17-dək açıq havada qalmasınlar. Kənd təsərrüfatı sahələrində, tikintidə, kommunikasiya sahəsində çalışan işçilər kölgədə işləsinlər. Çimərliklərə isə saat 17, 18-dən sonra getmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR