Bank Of Baku

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını uğurla vermiş abituriyentlərdən 32001-i ixtisas seçimini edib

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını uğurla vermiş abituriyentlərdən 32001-i ixtisas seçimini edib
# 01 avqust 2011 17:04 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq abituriyentlərdən 32001 nəfəri ixtisas seçimini edib.

Həmin abituriyentlərdən 27 836 nəfəri Azərbaycan, 4165 nəfəri isə rus bölməsi üzrədir. I qrup üzrə 9418, II qrup üzrə 9260, III qrup üzrə 9238, IV qrup üzrə isə 4085 abituriyent ixtisasını seçib.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 32281 abituriyent müsabiqəyə buraxılıb. Onlardan 8981-i III, 9513-ü I, 4144-ü IV, 9643-ü isə II ixtisas qrup üzrə imtahanlarda iştirak edərək müsabiqədə iştirak hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR