Azərbaycanda ixtisara düşən dövlət qulluqçularının dövlət qurumlarına işə düzəlmək üçün 2 il vaxtı olacaq
Qeyd edək ki, bu Qayda dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayı və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının (o cümlədən, staj və ya sınaq müddətində olan şəxsin) ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.
Qaydaya əsasən, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər öz razılığı əsasında ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilməlidir. Belə ki, yeni dövlət orqanının rəhbəri qurumun əsasnaməsi və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) məlumat verməlidir.
Yeni yaradılan dövlət orqanında ştatların sayı bu şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermirsə, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işə götürülür.
Dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, 10 il və daha çox dövlət qulluğu stajı olanlara, əsgər və zabitlərin arvadlarına (ərlərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilir.
Əgər ləğv olunan qurumdakı dövlət qulluqçusunu yeni yaranan təşkilata işə götürmək mümkün deyilsə, həmin şəxs yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə DQMK-ya məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində analoji vəzifəyə təyin edilməlidirlər və bu barədə Komissiyaya məlumat verilməlidir.
Əgər ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmırsa, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır və dövlət orqanlarında analoji vakant vəzifə yarandıqda Komissiya həmin şəxsləri vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində həmin orqanın rəhbərinə təqdim edir. Bu şəxslər 10 gün müddətində vakant vəzifəyə təyin edilməli və bu barədə Komissiyaya məlumat verilməlidir.
Qaydaya görə, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil olunanda əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər.
Dövlət qulluqçularının sayı və ya ştatları ixtisar ediləndə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işdə saxlanılmalıdır. Bu göstəricilər eyni olsa, yuxarıda sadalanan əlavə şərtlər (şəhid ailəsinin üzvlüyü, müharibə iştirakçılığı, staj, uşaqların sayı və s.) nəzərə alınır.
Ehtiyat kadrlar siyahısına daxil edilən şəxs analoji vəzifəyə təyin olunduqda əvvəlki staj və sınaq müddəti nəzərə alınır. Ehtiyat kadrlar siyahısında olduğu müddət isə staj kimi sayılmır. 2 il ərzində dövlət qulluğu vəzifələrinə təyin edilməsələr onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.
Sosial
Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib- FOTO - YENİLƏNİB
Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib
Əlverişsiz hava Qax və Zaqatalada elektrik, internet və qaz təchizatında fasilələrə səbəb olub
Xəbər Lenti
Kreml: Rusiya-Çin birgə təlimləri heç kimə qarşı yönəlməyib
Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib- FOTO - YENİLƏNİB
Şirvanda 34 min manatlıq naqil oğurlanıb, üç nəfər saxlanılıb
Zimbabve Milli Assambleyasının sədri Fəxri xiyabanda və Zəfər parkında olub
Kreml: Putin və Tramp yaxın gələcəkdə təmaslarını davam etdirəcək
Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib
Əlverişsiz hava Qax və Zaqatalada elektrik, internet və qaz təchizatında fasilələrə səbəb olub
Büdcədən vətəndaşlara və sahibkarlara qaytarılan vəsaitin həcmi 155 mln. manata çatıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ali Məhkəmə işçi hüquqları ilə bağlı qərar verib
Ukrayna Rusiyanın hərbi-logistika və yanacaq infrastrukturuna zərbə endirib
Coğrafiya İnstitutunun direktoru: Azərbaycanda hələ də 4 fəsil var, ancaq onların xarakteri dəyişir - MÜSAHİBƏ
Azad edilmiş ərazilərdə daha 44 mina, 259 PHS aşkarlanıb
Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb
Pezeşkian və Qalibaf Xameneinin vida mərasimində iştirak etmək üçün İraqa gedəcək
Rusiya Britaniyanı Sevastopolun müdafiəsi muzeyinə hücumda ittiham edib
Ermənistanda 70-dən çox ünvanda axtarış aparılır
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda birgə Bəyannamə qəbul olunub
Şuşada etnik və mədəni müxtəlifliklə bağlı müzakirə keçirilib
Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür - VİDEO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 30 vaqon propan qazı göndəriləcək
Media savadlılığı regionlarda təşviq olunacaq
Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb - FOTO - VİDEO
Şuşada müstəmləkəçiliyin müasir formaları ilə bağlı müzakirə keçirilib
İsveç səfiri Rusiya XİN-ə çağırılıb
Vasif Məmmədov: Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - MÜSAHİBƏ
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Sabah 37 dərəcə isti olacaq
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Ursula Fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi üçün çalışırıq
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir
ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
Şuşada çərkəz musiqiləri ifa edilib
Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti açıqlanıb
Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb
Koçaryanın bloku parlamentdə təmsil olunmaq qərarı verib
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı olub - YENİLƏNİB
Moskva vilayətində dron təhlükəsi elan olunub
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzadıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Kiyevdə matəm elan edilib
Prezident İlham Əliyev Malavi liderini təbrik edib
Rusiya ordusu Kiyevdə PUA istehsal edən müəssisəyə zərbə endirib
Hindistanda bina çöküb, azı 6 nəfər ölüb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edilib