Bank Of Baku

Azərbaycanda isti hava şəraiti ilə bağlı iş yerlərində fasilələrin sayı artıb

Azərbaycanda isti hava şəraiti ilə bağlı iş yerlərində fasilələrin sayı artıb
# 02 avqust 2011 09:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Dövlət Əmək Müfəttişliyi Xidmətinin son günlər ölkədə isti hava şəraitinin hökm sürməsi ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə etdiyi xəbərdarlıqlar nəticəsini verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov APA-ya bildirib ki, bu məqsədlə həyata keçirilən tədbirlər davam etdirilir: “Xidmət tərəfindən hazırda respublikanın bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün yaradılan xüsusi qruplar günorta saat 1-dən 4-dək iş yerlərinə baş çəkirlər. Müfəttişlər bütün işəgötürənləri bununla bağlı məlumatlandırırlar. Nəticədə isti hava şəraiti ilə bağlı iş yerlərində fasilələrin sayı artıb”.

M.Məhərov onu da qeyd edib ki, Aran rayonlarında bu sahəyə nəzarət etmək çətindir: “Aran rayonlarında indi əsas iş çöllərdə, sahələrdə aparılır. Çoxuna heç maşın yolu da yoxdur. Ona görə də, bu işlərin hamısına eyni zamanda nəzarət etmək çətindir. Amma buna baxmayaraq müfəttişlər bacardıqları qədər nəzarəti təmin edirlər”. M.Məhərov indiyədək işəgötürənlər tərəfindən qanunvericiliyin pozulması hallarının qeydə alınmadığını da bildirib.

Qeyd edək ki, havanın temperaturunun +41 dərəcədən yuxarı olduğu hallarda Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır. Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə isə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb olunurlar. İşçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə, işəgötürənlərin İXM-nin 54-cü maddəsi ilə 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR