Bank Of Baku

Bu gün həkimlərin növbəti imtahanları keçirilir

Bu gün həkimlərin növbəti imtahanları keçirilir
# 03 avqust 2011 07:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, test imtahanı allerqologiya və otorinolaringologiya ixtisasları üzrə təşkil olunub.

Xatırladaq ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvarında start verilib. İmtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə müsahibəyə buraxılırlar. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR