Bank Of Baku

Tehranda İƏT-ə üzv ölkələrin geodeziya və xəritəçəkmə idarələrinin rəhbərlərinin görüşü keçiriləcək

Tehranda İƏT-ə üzv ölkələrin geodeziya və xəritəçəkmə idarələrinin rəhbərlərinin görüşü keçiriləcək
# 03 avqust 2011 08:21 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Cari ilin 26-27 sentyabr tarixlərində İran paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin ( Azərbaycan, İran, Türkiyə, Əfqanıstan, Qazaxstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan) geodeziya və xəritəçəkmə idarələrinin rəhbərlərinin görüşü keçiriləcək. APA-nın İqtisadi Əməkdaşlıq Təşkilatının internet-saytına istinadən verdiyi məlumata görə, iki günlük iclas zamanı rəsmilər geodeziya və xəritəçəkmə sahəsində son yeniliklərə dair təcrübə və fikir mübadiləsi aparacaq, həmçinin bu sahədə son texnologiyalarla tanış olacaqlar. Tehran görüşü zamanı habelə bu sahədə İƏT dövlətləri arasında gələcək regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR