Bank Of Baku

Dünən Bakıda daha 12 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib

Dünən Bakıda daha 12 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib
# 03 avqust 2011 08:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA, Havaların kəskin isti keçdiyi son günlər paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artır. Dünən Bakıda 12 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib. Bu haqda APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, bununla da, yay mövsümü başlayandan bu günədək günvurma diaqnozu ilə stansiyaya müraciət edənlərin sayı 131 nəfərə çatıb. M. Həmidov bildirib ki, ötən gün günvurma ilə bağlı stansiyaya müraciət edən 12 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib. Digər şəxslər isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb: “Ümumiyyətlə, avqustun 3-dək günvurma ilə bağlı bizə müraciət edən 131 nəfərdən 48-i xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım göstərilərək evə buraxılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR