Bank Of Baku

Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin ixtisas seçimi başa çatıb

Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin ixtisas seçimi başa çatıb
# 03 avqust 2011 08:38 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, abituriyentlərdən 32 561 nəfəri ixtisas seçimini edib.
Həmin abituriyentlərdən 28 312 nəfəri Azərbaycan, 4249 nəfəri isə rus bölməsi üzrədir. I qrup üzrə 9517, II qrup üzrə 9453, III qrup üzrə 9364, IV qrup üzrə isə 4227 abituriyent ixtisas seçib.

Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR