Bank Of Baku

Türk Dünyası Araşdırmalar Vəqfi Azərbaycanda yeni tədris mərkəzi açıb

Türk Dünyası Araşdırmalar Vəqfi Azərbaycanda yeni tədris mərkəzi açıb
# 03 avqust 2011 09:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türk Dünyası Araşdırmalar Vəqfi Azərbaycanda tədris mərkəzi açıb. APA-nın məlumatına görə, tədris mərkəzi iyul ayının ortalarında Vergilər nazirliyində dövlət qeydiyyatına alınıb.

Yasamal rayonunda yerləşən «Turan Eğitim» adlanan tədris mərkəzinin hansı istiqamət üzrə fəaliyyət göstərəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, mərkəzi İstanbulda yerləşən Türk Dünyası Araşdırmalar Vəqfi 1980-ci ildə yaradılıb. 2001-ci ildən etibarən TDAV-ın Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində özəl statuslu fakültəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR