Bank Of Baku

Azərbaycanın çaylarında sululuq azalıb

Azərbaycanın çaylarında sululuq azalıb
# 03 avqust 2011 09:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə, avqust ayının ilk günlərində respublika çaylarının sululuğunda əsasən azalma müşahidə olunub.

Hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Quba-Xaçmaz bölgəsi çaylarında 80-95, Lənkəran-Astara bölgəsinin çaylarında 90, Kiçik Qafqazın çaylarında 90-95, Naxçıvan MR-sı çaylarında isə normanın 50 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 97 kubmetr/saniyə, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 46 kubmetr/saniyə təşkil edir.

Hazırda Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 428 Şirvanda, Salyanda 305, Bankədə 249, Araz çayının Novruzlu məntəqəsində isə 143 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR