Bank Of Baku

Bakıda Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üzrə işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur

Bakıda Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üzrə işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur
# 03 avqust 2011 13:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu haqda APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi layihə ilə bağlı təkliflərini hazırlayaraq Koreya tərəfinə təqdim edib: “Biz onlara fikirlərimizi bildirmişik ki, layihənin həyata keçirilməsinə hansı şərtlərlə razıyıq. Onlar danışıqlar nəticəsində bu şərtləri müəyyənləşdirib bizə məlumat verəcəklər”.

Qeyd edək ki, Peşə Tədris Mərkəzində Azərbaycanın bölgələrindəki sənaye müəssisələri üçün lazım olan ixtisaslar üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tədris müəssisəsində elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektrotexnika, mühərrik sahələri üzrə ixtisaslı kadrlar yetişdiriləcək. Mərkəzin 2012-2013-cü illər ərzində fəaliyyətə başlaması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR