Bank Of Baku

İranlı alimlər: Qida borusu xərçənginin yaranma səbəbi çay və qəhvənin qaynar şəkildə içilməsidir

İranlı alimlər: Qida borusu xərçənginin yaranma səbəbi çay və qəhvənin qaynar şəkildə içilməsidir
# 03 avqust 2011 15:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. İranlı alimlərin araşdırmaları zamanı Yaxın Şərq ölkələrində daha çox rast gəlinən qırtlaq xərçənginin yaranma səbəbinin qaynar çay içməklə bağlı olduğu aşkarlanıb. APA-nın Türkiyənin “Milliyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, alimlər bildiriblər ki, spirtli içki və siqaret kimi çay və qəhvənin qaynar içilməsi qida borusu xərçənginə səbəb olur. Qaynar içki boğazın divarlarına zərər verir və xərçəngə yaxalanma riskini 8 dəfə artırır.

Araşdırma üçün alimlər 300 xərçəngli və 571 bu xəstəliyə tutulma ehtimalı yüksək olan insanların çay içmə vərdişlərini izləyiblər. Bu insanların hamısının qara çay içdiyi, həm də onu bir neçə dəqiqə ərzində çox isti halda qəbul etdiyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR