Bank Of Baku

Azərbaycanın Göyçay, Ağdaş, Kürdəmir və Ucar rayonlarında əhali arasında günvurma halları artıb

Azərbaycanın Göyçay, Ağdaş, Kürdəmir və Ucar rayonlarında əhali arasında günvurma halları artıb
# 03 avqust 2011 15:47 (UTC +04:00)
Həmin rayonların xəstəxanalarından APA-ya verilən məlumata görə, iyun ayından fərqli olaraq günvurma və istivurma halları iyulda daha çox olub. Xəstəxanaların qəbul şöbəsindən verilən məlumata görə, ötən ay bu rayonlarda ümumilikdə 20-yə yaxın isti və gün vurmuş xəstə müraciət edərək qeydiyyata alınıb. Avqustun ilk 3 günündə bu rayonlarda artıq beş günvurma halı qeydə alınıb. Kürdəmirin Ərşəli kənd sakini, 1968-ci il təvəllüdlü Abışov Xəlil Ağaxan oğlu dünən həyətyanı sahədə işləyərkən günvurmadan halı pisləşib və rayon xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Bakıdakı Respublika Klinik Xəstəxanasına göndərilib. Hazırda onun vəziyyəti ağırdır.
Amma qeydiyyata düşməyən xəstələrin daha çox olduğu bildirilir. Həkimlərin sözlərinə görə, xəstəxanaların poliklinika və terapiya şöbələrinə, eləcə də kənd xəstəxanalarına günvurma ilə bağlı daha çox müraciətlər olub ki, bununla bağlı dəqiq statistik bir rəqəm yoxdur.
Həkimlər günvurmanı adi xəstəlik hesab etmir və əhaliyə xəbərdarlıq edirlər ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR