Bank Of Baku

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə iyul ayı ərzində 669 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə iyul ayı ərzində 669 müraciət daxil olub
# 04 avqust 2011 08:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İyul ayı ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 669 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 362-si şikayət, 170-i sorğu xarakterli olub, 41-i aidiyyəti üzrə olmayıb, 96-sı isə cari problemlərə bağlı olub.
Məlumatda bildirilir ki, “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR