Bank Of Baku

Şəmkir qalasında aparılan qazıntılar zamanı maraqlı arxeoloji materiallar aşkar edilib

Şəmkir qalasında aparılan qazıntılar zamanı maraqlı arxeoloji materiallar aşkar edilib
# 04 avqust 2011 10:09 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov-APA. Orta əsrlərə aid edilən Şəmkir qalasında arxeoloji qazıntılar davam edir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, aparılan qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilib.
Son qazıntıların nəticələri olaraq şəhər istehkamlarının öyrənilməsi, şəhər abadlığı, monumental memarlıq və yaşayış evlərinin tədqiqinə dair böyük uğurlar əldə edilib. Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevin sozlərinə görə, burada aşkarlanan maraqlı tapıntılar sırasında XI-XII əsrlərə aid olan və monqol işğalına qədər fəaliyyət göstərmiş paralel qoşa divarların, iç qala divarında şəhərin şərq darvazalarının və qəsr divarları ilə əhatə olunmuş monumental tikilinin üzə çıxarılmasını göstərmək olar. Tapıntılar içərisində əsas diqqət çəkən isə həmin dövrlərə aid şəhər kanalizasiya sisteminin aşkar edilməsidir. Kanalizasiya xəttləri şəhər darvazasının altından keçərək bayır qala divarından çay istiqamətinə gedir. Bu xəttlər vasitəsi ilə cirkab sular çaya axıdılırmış.
Qeyd edək ki, Şəmkir qalasında arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR