Bank Of Baku

Yapon arxeoloqları Gülüstan qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olublar

Yapon arxeoloqları Gülüstan qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olublar
# 04 avqust 2011 14:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Yaponiyadan olan arxeoloqlar Yoshihiro Nashiaki, Seiji Kadoüaki və Yui Arimatsu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının Gülüstan qalasında apardığı tədqiqat işləri ilə tanış olublar. APA-nın AMEA-nın internet saytına istinadən yaydığı xəbərə görə, qədim memarlıq abidəsi ilə tanış olan yaponiyalı arxeoloqlar qalanın möhtəşəmliyinə heyran qalıblar.
Xatırladaq ki, Gülüstan qalası VIII-XII əsrlərə aid memarlıq abidəsidir və Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala XII-XIII əsrlərdə köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib. Günümüzə qədər qalanın xarabalıqları gəlib çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR