Bank Of Baku

Bir qrup amerikalı tələbə ABŞ Dövlət Departamentinin proqramı çərçivəsində Azərbaycan dili öyrənib - FOTOSESSİYA

Bir qrup amerikalı tələbə ABŞ Dövlət Departamentinin proqramı çərçivəsində Azərbaycan dili öyrənib - <font color=red>FOTOSESSİYA</font>
# 04 avqust 2011 14:18 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramı (Critical Language Scholarship) çərçivəsində Azərbaycan dilini öyrənən bir qrup amerikalı tələbənin kursu bitirməsinə həsr olunmuş mərasim keçirilib. APA-nın mlumatına görə, 11 nəfər amerikalı tələbə son iki ayı Bakıda Azərbaycan dilini öyrənməklə keçiriblər. Bu müddət ərzində amerikalı gənclər eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində olub və ölkənin qədim tarixi məkanları ilə tanış olublar. Tədbirdə çıxış ABŞ səfirliyinin mətbuat katibi Kis Bin ( Keith Bean) tədris kursunu başa vuran tələbləri təbrik edərək iki ölkə arasında mədəni və humanitar əlaqələrə yeni töhfə verildiyini qeyd edib. Onun sözlərinə görə, bu proqramın məqsədi yalnız gələcəyin liderlərini yetişdirmək deyil, habelə iki xalq arasında ünsiyyəti daha canlı etməkdir: “Bu mənada bu tədris proqramının faydalı olduğunu düşünürəm”.

Tədbirdə çıxış edən tələbələrin özləri isə Azərbaycanda keçirdikləri vaxtın onların həyat təcrübəsinə yeni töhfə verdiyini etiraf ediblər. Gənclərin sözlərinə gərə, onlar burada yalnız dil öyrənməyib, habelə yeni dostlar qazanıb və bu günə kimi tanımadıqları bir mədəniyyətlə tanış olublar. Daha sonra bəzi amerikalı tələbələr musiqi alətlərində Azərbaycanlı bəstəkarların əsərlərindən parçalar ifa ediblər. Onlardan birinin tarda ifa etdiyi mahnı mərasim iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

Xatırladaq ki, Önəmli Dil Tələbələri proqramı Azərbaycan dili də daxil olmaqla 14 prioritet dil üzrə amerikalı mütəxəssislər yetişdirməyə yönəlib. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR