Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı?”mövzusunda maarifləndirici tədbir keçirib

FHN-nin Cənub Regional Mərkəzi  “Fövqəladə hallarda özünü necə aparmalı?”mövzusunda maarifləndirici tədbir keçirib
# 04 avqust 2011 20:57 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Osman Mirzəyev adına Lənkəran şəhər Qarışıq Tipli Uşaq Evinin inzibati binasında bu tərbiyə ocaqının müəllim və şagirdləri üçün “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçiriib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Uşaq Evinin direktoru Ofelya Qənbərova əhalinin, xüsusilə azyaşlı uşaqların və yeniyetmələrin maarifləndirilməsi məqsədilə Cənub Regional Mərkəzi tərəfindən təhsil müəssisələrində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda mütəmadi olaraq keçirilən belə maarifləndirici tədbirləri yüksək qiymətləndirib.
Daha sonra Mərkəzin Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadovun “Fövqəladə hallardan əvvəlki və sonrakı davranış qaydaları”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayevin “Əhalinin radioaktiv kimyəvi və bioloji mühafizəsi”, Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin həkimi Murad Zərbiyevin “Günvurma zamanı görülən tədbirlər”, Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynovun “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?” mövzusunda məruzələri söhbətləri dinlənilib.
Tədbir iştirakçılarının fövqəladə hallar sahəsində intellektual səviyyəsini artırmaq məqsədilə şagirdlərdən ibarət 3 qrupa "Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?" mövzusunda suallar paylanılıb və cavablar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilib.
Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Çimərlik ərazilərində təhlükəsizlik tədbirlərinə hamı əməl etməlidir” və “Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli?” mövzularında hazırlanmış kitabçalar iştirakçılara paylanıb, Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, xilasetmə alət və avadanlıqlar əyani şəkildə göstərilib və həmçinin müəllim və şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR