Bank Of Baku

Azərbaycanlı əlillər Ukraynada müalicə kursu keçiblər

Azərbaycanlı əlillər Ukraynada müalicə kursu keçiblər
# 05 avqust 2011 07:17 (UTC +04:00)
Bakı-APA. İyul-avqust aylarında 80 azərbaycanlı əlilin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmin əlillərdən 40 nəfəri iyulun 7-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq dünən vətənə dönüblər. Dünən növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.

Qeyd edək ki, adıgedən müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır. Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR