Bank Of Baku

Qubada əmək yarmarkası təşkil olunub

Qubada əmək yarmarkası təşkil olunub
# 05 avqust 2011 09:39 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın Quba rayonunda ənənəvi əmək yarmarkası təşkil olunub. Quba Məşğulluq Mərkəzinin baş məsləhətçisi Bahar Ağayevanın APA-nın şimal bürosuna verdiyi məlumata görə, yarmarkada iş axtaranlara 18 müəssisədən 324 iş yeri təklif edilib. Təşkil olunan iş yerləri üzrə əmək haqqı 85 manatdan 400 manatadək dəyişir.

Qeyd edək ki, hazırda məşğulluq mərkəzində 2466 iş axtaran vətəndaş qeydiyyatdadır ki, onlardan da 394 nəfəri işsiz statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR