Bank Of Baku

Həftə sonu Azərbaycan paytaxtında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır

Həftə sonu Azərbaycan paytaxtında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır
# 05 avqust 2011 09:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 15-20 m/s, arabir 25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Avqustun 7-də havanın dəyişkən buludlu olacağı, əsasən axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir, güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 6-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Avqustun 7-də bölgələrdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR