Bank Of Baku

Ali məktəblərin II ixtisas qrup üzrə rus bölməsi abituriyentləri üçün boş qalan yerlər birgə müsabiqəyə ayrılıb

Ali məktəblərin II ixtisas qrup üzrə rus bölməsi abituriyentləri üçün boş qalan yerlər birgə müsabiqəyə ayrılıb
# 05 avqust 2011 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDk) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadənin sözlərinə görə, Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb: “Birgə müsabiqə keçirilən boş ixtisasların sayı isə 280 olub. Ümumilikdə, II qrupda boş qalan yerlərin sayı 663-dür. Azərbaycan bölməsi üzrə ümumilikdə 1119 abituriyent müsabiqəyə buraxılsa da, ali məktəblərə qəbul olmayıblar. Biz bununla bağlı bir gün ərzində bütün ali məktəb rəhbərləri ilə əlaqə saxladıq və ortaq bir həll yolu tapdıq”.

TQDK sərdi qeyd edib ki, II qrup üzrə rus bölməsi abituriyentləri üçün ayrılmış 294 yer birgə müsabiqəyə ayrılacaq və ümumilikdə, 663 yer birgə müsabiqədə iştirak edən abituriyentlərin seçiminə veriləcək. M. Abbaszadə bildirib ki, rus bölməsinin abituriyentləri üçün ayrılmış yerləri birgə müsabiqəyə verməklə, müsabiqədən kənarda qalan 1119 Azərbaycan bölməsi abituriyentinə şans yaradıblar.

M. Abbaszadənin sözlərinə görə, III qrupda ikinci tur ixtisas seçimləri üçün Azərbaycan bölməsinə 350 yer, rus bölməsində isə cəmi 4 yer qalıb. Birgə müsabiqə üçün isə 2002 boş yer qalıb. III qrupda 556 yerə 1084 nəfər iddia edir. III qrupda əsas boş qalan yerlə özəl ali təhsil müəssisələridir. Dövlət ali təhsil müəssisələrində qalan boş yerlərin əksəriyyəti isə qabiliyyət tələb edən ixtisaslardır. IV qrup üzrə boş qalan yerlərin sayının 92 olduğunu deyən komissiya sədri bunların əsasən idman ixtisasları olduğunu bildirib.

M. Abbaszadə deyib ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinin avqustun 10-da və ya 11-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR