Bank Of Baku

Azərbaycanda imtahanların ilk turundan qəbul planı 100 faiz dolmuş universitetlərin siyahısı açıqlanıb

Azərbaycanda imtahanların ilk turundan qəbul planı 100 faiz dolmuş universitetlərin siyahısı açıqlanıb
# 05 avqust 2011 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədri deyib ki, Lənkəran və Gəncə Dövlət Universitetlərindəki yerlər də 100 faiz dolub: “Əvvəlki illərdə bölgələrdəki universitetlərdə qəbul planı adətən 50 faiz dolurdu. Ancaq bu il ilk dəfə Gəncə və Lənkəranda qəbul imtahanları keçirildi və bu öz müsbət nəticəsini göstərdi. Bu göstərdi ki, biz doğru yoldayıq”.

Komissiya sədri qeyd edib ki, Bakı Dövlət Universitetində plan yerlərinin 98,78 faizi dolub.

M. Abbaszadənin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında tələbələrin ən çox üstünlük verdikləri ali təhsil müəssisələr Bakı Qızlar Universiteti və Bakı Biznes Universitetidir. Hər iki universitet qəbul planını yüz faiz doldurub. Qafqaz və Xəzər universitetlərində ayrılmış yerlər isə müvafiq olaraq 96 və 94,95 faiz dolub: “Özəl ali təhsil müəssisələri arasında ən az müraciət olunan universitetlər isə Təfəkkür, Bakı Asiya və Odlar Yurdu universitetləridir. Hər üç universitet plan yerlərini cəmi 46 faiz doldura bilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR