Bank Of Baku

FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi keçirilib

FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi keçirilib
# 05 avqust 2011 10:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Şimal-Qərb Regional Mərkəzinin fəaliyyətinin təşkili" mövzusunda qərargah məşqi keçirilib. Bu barədə APA FHN-in saytına istinadən məlumat verilib.

Təlimin əsas məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Şimal-Qərb Regional Mərkəzinin zabit heyətinin və mülki işçilərinin bilik və bacarıqlarının artırılması, baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması olub.

Qərargah məşqində Mərkəzin bütün rəhbər və şəxsi heyəti və Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin zabitləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR