Bank Of Baku

Qəbələdə atçılıq idmanı üzrə Azərbaycan çempionatı keçirilib

Qəbələdə atçılıq idmanı üzrə Azərbaycan çempionatı keçirilib
# 05 avqust 2011 13:30 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə ölkə çempionatı keçirilib. APA-nın məlumatına görə, avqustun 5-də keçirilən yarışda idmançılar 17 maneəni dəf etmək uğrunda mübarizə aparıblar. Səkkiz çaparın və 15 atın iştirak etdiyi yarışda “Günay” atçılıq idman klubunun yetirməsi Gennadiy Qaşıbayazovun “Bahar” ləqəbli atı birinci yerə çıxıb. Hikmət Musayevin “Light Limerick” ləqəbli atı ikinci, Elmar Abdullayevin “David” adlı atı üçüncü, “Woodie” adlı atı beşinci, Seyid Musayevin “Bill Clinton” ləqəbli atı dördüncü yeri tutub. Qaliblərə diplom və medallar, ölkə çempionuna isə kubok verilib.
Yarışı Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, millət vəkili Fəttah Heydərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon ictimaiyyətinin nümayəndələri, idmansevərlər izləyiblər. Bu ölkə çempionatı yenicə istifadəyə verilən Qəbələ Atçılıq Mərkəzində keçirilən ilk yarış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR