Bank Of Baku

“Təhsil Nazirliyində dərslik problemi, yeni dərslik siyasətinin dəyişdirilməsi kimin marağındadır?” mövzusunda ictimai müzakirə keçirilib

“Təhsil Nazirliyində dərslik problemi, yeni dərslik siyasətinin dəyişdirilməsi kimin marağındadır?” mövzusunda ictimai müzakirə keçirilib
# 05 avqust 2011 13:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycan Media Mərkəzində “Təhsil Nazirliyində dərslik problemi, yeni dərslik siyasətinin dəyişdirilməsi kimin marağındadır?” mövzusunda ictimai müzakirə keçirilib. APA-nın məlumatına görə, müzakirələr Azərbaycan Media Mərkəzi, Yeni Nəsil Jurnalistlər Birliyi və Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun birgə həyata keçirdiyi “Media dördüncü hakimiyyət rolunda” proqramı çərçivəsində baş tutub. Tədbirdə dərslik siyasəti və nəşrlərin hüquqlarının müdafiəsi ətrafında müzakirələr aparılıb.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı ona ünvanlanan sualları cavablandırıb. O qeyd edib ki, 2008-ci ildə «Ümumi təhsil sistemində dərslik siyasəti» sənədinə uyğun olaraq Azərbaycanda ümumi təhsilin milli kurrikullumu əsasında I siniflər üçün dərslik komplektlərinin hazırlanması və çap olunması prosesinə başlanılıb. 2009-cu ildə II, 2010-cu ildə III siniflər üçün kurrikullum əsasında dərsliklər hazırlanıb: “Bu il kurrikullum əsasında IV siniflər üçün dərsliklər hazırlanır. Gələn il isə V siniflər üçün bu dərsliklər hazırlanacaq. Artıq bu məqsədlə tender elanları verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR