Bank Of Baku

Qaradağ rayonunda Məşğulluq Məsləhət Mərkəzi açılıb

Qaradağ rayonunda Məşğulluq Məsləhət Mərkəzi açılıb
# 05 avqust 2011 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ən iri sement istehsalçısı olan «Qaradağ Sement» ASC-nin təşəbbüsü ilə paytaxtın Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq Məsləhət Mərkəzi yaradılıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Mərkəzin idarəetmə prosesini Dirçəliş İqtisadi Araşdırmalar Təşkilatı aparacaq.

Mərkəzin məqsədi qəsəbə sakinlərini məşğulluğa dair məsləhət xidməti və təlimlərlə əhatə etmək, onları vakant iş yerləri haqda məlumatlandırmaq və onlara sərbəst iş yerlərinə müraciət etməkdə köməklik göstərilməsindən ibarətdir.

Məşğulluq Məsləhət Mərkəzinə müraciət edən qəsəbə sakinlərinə əmək bazarı, işə düzəlmə və məşğulluq imkanları, işsizliyin azaldılmasına dair dövlət proqramına dair məsləhət verilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulub.

İl ərzində Mərkəzdə 1 000-dək Sahil və Ümid qəsəbə sakinlərinin əhatə edilməsi, vakant iş yerinin tapılmasının, layihə iştirakçılarının uyğun peşə yönümlü ixtisaslar üzrə həmin iş yerlərinə istiqamətləndirilməsi və nəticədə Məşğulluq Məsləhət Mərkəzinə müraciət edənlərin müəyyən faizinin işlə təmin edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR