Bank Of Baku

“Elektron demokratiya” layihəsi çərçivəsində internet saytın təqdimatı keçirilib

“Elektron demokratiya” layihəsi çərçivəsində internet saytın təqdimatı keçirilib
# 08 avqust 2011 09:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Təhsil, Rifah və İnkişaf” İctimai Birliyinin “Elektron demokratiya” layihəsi çərçivəsində internet saytın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, mövzu haqqında danışan birliyinin sədri, layihənin direktoru Teymur Muradov deyib ki, elektron demokratiya “aşağıdan-yuxarıya” prinsipi üzrə yanaşma çərçivəsində vətəndaşlarla təşkilatlar arasında elektron metodu və ya məsləhətləşmələrin təşkili vasitəsilə təqdim etdikləri xidmətlərin təkmilləşdirilməsi üçün istifadə edə bilərlər. Avropa Şurası bu sahə üzrə üzv-dövlətlərlə aktiv əməkdaşlığı 2002-ci ildən etibarən başlayıb. Layihənin əməkdaşı Xəqani Fərəcov isə mövzunun əhəmiyyəti, vətəndaş cəmiyyətinin inkişafındakı rolu barədə danışıb. Yeni yaradılan sayt - www.e-democracy.info.az haqda da məlumat verən X. Fərəcov bu veb-səhifədə elektron demokratiyaya aid bütün məqamların və sənədlər toplusunun yer aldığını söyləyib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aygün Əhmədova “Elektron təsisatlar və Azərbaycan Respublikası” mövzusunda çıxış edib. A. Əhmədova deyib ki, bu istiqamət birgə fəaliyyəti nəzərdə tutduğundan, hökumət-cəmiyyət əməkdaşlığı sayəsində uğur qazana bilir.

Sonra tədbirdə “elektron demokratiya” istiqaməti üzrə dünya təcrübəsi və Azərbaycan perspektivləri mövzusunda çıxışlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR