Bank Of Baku

«Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsindən surroqat ana və mübahisə doğuran digər məqamlar çıxarılıb

«Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsindən surroqat ana və mübahisə doğuran digər məqamlar çıxarılıb
# 08 avqust 2011 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanunun hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Məlahət İbrahimqızı məlumat verib. Deputatın sözlərinə görə, qanun layihəsi yenidən işlənib və bir sıra dəyişiklik edilib. İlk növbədə qanun deputatlar tərəfindən etirazla qarşılanan iki məsələ - surroqat ana və sperma bankı ilə bağlı məsələlər layihədən çıxarılıb.

Deputat deyib ki, hər iki məsələnin qanun layihəsindən çıxarılması onların Azərbaycan milli mentalitetinə uyğun gəlməməsi ilə bağlı olub. Qanun layihəsinin əvvəlki variantda parlamentdə müzakirəsi zamanı İşçi Qrupunun rəhbəri başqa olmaqla, bütün deputatlar bu məsələlərə kəskin etiraz bildiriblər: «Bu qanun Azərbaycanda səhiyyə islahatlarında əsas istiqamətlərdəndir və dövlətin ana-ailə sağlamlığına diqqətidir. Artıq qanun layihəsi hazırdır və parlamentin payız sessiyasında müzakirəyə təqdim olunacağı gözlənilir. Layihənin hazırlanmasında inkişaf etmiş ölkələrin, eləcə də Türkiyənin təcrübəsi öyrənilib».
Parlamentdə müzakirəyə çıxarılmazdan əvvəl, qanun layihəsinin Milli Məclis təmsilçiləri, QHT-lərin və müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə ictimai müzakirəsi təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR