Bank Of Baku

Parlamentin payız sessiyasında tibb sahəsinə aid bir neçə qanunun qəbulu və mövcud qanunlara bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır

Parlamentin payız sessiyasında tibb sahəsinə aid bir neçə qanunun qəbulu və mövcud qanunlara bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır
# 08 avqust 2011 09:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Parlamentin payız sessiyasında tibb sahəsinə aid bir neçə qanunun qəbulu və mövcud qanunlara bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır. Bu barədə APA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızının sözlərinə görə, Milli Məclisin payız sessiyasında «Ailə həkimi haqqında» qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. Artıq qanun layihəsi hazırdır və müəyyən işlər aparılmaqla parlamentin iş planına salınması gözlənilir. Sözügedən qanun layihəsinin hazırlanmasında qabaqcıl təcrübəni öyrənmək üçün millət vəkilləri bu yaxınlarda Türkiyədə səfərdə olub.

Deputat qanunvericiliyə, həmçinin ruhi xəstələrin əmək fəaliyyəti ilə bağlı dəyişiklik edilməsinin nəzərdə tutulduğunu da deyib. Dəyişikliklər təsdiqlənərsə, ruhi xəstələr əmək fəaliyyəti ilə məşğul olduqda, buna görə vergi ödəməyəcəklər.

Qeyd edək ki, hazırda bir sıra Avropa ölkələrində bu təcrübə tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR