Bank Of Baku

Azərbaycanda 1 280 788 nəfər əmək pensiyası alır

Azərbaycanda 1 280 788 nəfər əmək pensiyası alır
# 08 avqust 2011 09:58 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Cəmi əmək pensiyası alan şəxslərin 38, 9 faizi kişi, 61,1 faizi isə qadındır. Onlardan 63,9 faizi yaşa görə, 25,7 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib.

Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR