Bank Of Baku

Azərbaycanda uşaq qidaları yoxlanacaq

Azərbaycanda uşaq qidaları yoxlanacaq
# 08 avqust 2011 10:14 (UTC +04:00)
Bu haqda APA-ya Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, yoxlamalar ərzaq mağazalarının uşaq qidaları satışı şöbəsində və xüsusiləşdirilmiş uşaq qidaları dükanlarında aparılacaq. Monitorinq zamanı satışda olan 100-dək uşaq qidasından nümunələr götürüləcək və müayinə ediləcək.

İ. Adbullayev yoxlamaların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edəcəyini bildirib: “Çalışacağıq ki, bu yoxlamalar respublikanın digər rayonlarını da əhatə etsin. Uşaq qidaları özəl xüsusiyyətlərə malikdir. Onlar quru və havalandırma şəraiti olan yerlərdə saxlanılmalıdır. Bu məhsulları nəmdən və günəş şüalarından qorumaq lazımdır. Amma bəzən kənd yerlərində və alıcı sayı az olan mağazalarda bu məhsullar uzun müddət anbarda və ya piştaxtada qalır. Saxlanma şəraiti düzgün olmadıqda isə qidanın tərkibində müəyyən fiziki-kimyəvi dəyişikliklər baş verir”.
İ. Abdullayev onu da qeyd edib ki, uşaq qidaları xüsusiləşdirilmiş mağazalarda satılmalıdır: “Bu mümkün deyilsə, heç olmasa, mağazalarda uşaq qidaları üçün xüsusi şöbələr yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR