Bank Of Baku

Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbulu başlayıb

Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbulu başlayıb
# 08 avqust 2011 11:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011-2012-ci tədris ili üçün Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna başlanılıb. Bu haqda APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “Qaydalar”a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunması proqnozlaşdırılır. Yeni tədris ilində Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib. 2010-2011-ci dərs ilində ölkədə I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR