Bank Of Baku

“Diabet Məktəbləri”nin təşkili layihəsinə start verilib

“Diabet Məktəbləri”nin təşkili layihəsinə start verilib
# 08 avqust 2011 14:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlər həyata keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, bu məqsədlə şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin (lefletlərin), plakatların çap edilməsi nəzərdə tutulur.
Avqustun 8-dən başlayaraq İSİM-də baş diabet məktəblərinin təlimçiləri üçün təlimlər keçirilir və rayonlarda təşkil olunacaq diabet məktəblərinə, onların davamlı fəaliyyəti üçün təşkilati-metodik köməklik göstərilir. Bu da gələcəkdə dövlət proqramında ölkədə yaradılması nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək və bu məktəbləri təlim materialları, vasitələri ilə təmin edəcək. Layihə çərçivəsində Bakıda və respublikanın rayonlarında (Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Şəki, Şirvan) lazımi avadanlıqlarla təchiz edilmiş 7 “diabet məktəbi”nin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı planlaşdırılır.
Lənkəran, Sumqayıt şəhərlərində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədilə sorğu vərəqələri hazırlanıb və 1000 respondent arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə, həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılması məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR