Bank Of Baku

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 120 müraciət daxil olub

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  “qaynar xətt”inə 120 müraciət daxil olub
# 09 avqust 2011 07:24 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə bu ilin iyul ayı ərzində 120 müraciət daxil olub. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb. 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanuna müvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR