Bank Of Baku

Bu il Gəncədə 3500 şagird birinci sinfə gedəcək

Bu il Gəncədə 3500 şagird birinci sinfə gedəcək
# 09 avqust 2011 10:36 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu il Gəncədə 3500 nəfərədək şagirdin birinci sinifə gedəcəyi gözlənilir. Gəncə şəhər Təhsil idarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, nazirliyin təsdiq etdiyi qaydalara əsasən, birinci sinfə sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul olunur. İstisna hallarda 6 yaşı oktyabrın sonunadək tamam olan uşaqlar məktəblərdə yaradılmış komissiyanın rəyinə əsasən məktəbə götürülə bilərlər. Son illərdə birinci sinifə gedənlərin sayında azalma müşahidə edilsə də, ötən il artım qeydə alınıb. Bu il də 3500-dək şagirdin ilk dəfə məktəbə gedəcəyi gözlənilir.
Qeyd edək ki, bu il respublika üzrə 124.274 şagird birinci sinfə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR